Maduroya qarşı sui-qəsdə bağlı Türkiyədən açıqlama


Türkiyə Xarici İşlər Nazirliyi Venesuela Prezidenti Nikolas Maduroya edilən sui-qəsdlə bağlı bəyanat yayıb

Axar.az xəbər verir ki, bəyanatda Türkiyənin hər zaman Venesuelanın yanında olacağı bildirilib:

“Türkiyə bu çətin zamanda dost və qardaş Venesuela xalqı, Maduro, ailəsi və bütün hökumət rəsmilərinin yanındadır. Venesuelada sabitlik və təhlükəsizliyin olması ən böyük istəyimizdir”.
Maduroya qarşı sui-qəsdə bağlı Türkiyədən açıqlama - Milliyol.az