Maduroya sui-qəsddə ittiham olunan Çili nota verdi

Çili XİN-i Venesuelanın ölkəsindəki səfirinə etiraz notası təqdim edib

Notaya səbəb Çili diplomatik nümayəndəliyinin əməkdaşlarının prezident Nikolas Maduroya sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunmalarıdır:

“Çili hökuməti Venesuela hökumətinin yalan ittihamlarını inkar edir”.

Qeyd edək ki, daha əvvəl Venesuelanın kommunikasiya və informasiya naziri Xorxe Rodriqes Maduroya sui-qəsd cəhdində Kolumbiya, Meksika və Çili diplomatlarının iştirak edə biləcəyini bəyan etmişdi.

Meksika və Kolumbiya da öz növbələrində ittihamları rədd ediblər. (qafqazinfo.az)

MilliYol.az