Mafiyaya qarşı əməliyyat – 25 nəfər saxlanıldı


İtaliyanın Bari şəhərində yerli polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 25 nəfər saxlanılıb

Trend-in məlumatına görə, əməliyyat iki klana qarşı keçirilib.

Saxlanılan şəxslər narkotik vasitələrin ticarətində, qanunsuz silah saxlamaqda ittiham olunub.

Bundan başqa, onlara qarşı rəqib klan mənsublarının qətlinə təşəbbüs ittihamları irəli sürülüb.