Mahmud Abbas Moskvaya səfər edəcək –Putinlə Qüds problemi müzakirə olunacaq


Fələstin dövlətinin başçısı Mahmud Abbas fevralın ilk yarısında Moskvaya səfər etmək niyyətindədir

Bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofal bildirib.

O deyib ki, Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və onunla regional məsələləri, Yaxın Şərqdəki vəziyyəti, o cümlədən ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınmasını müzakirə etmək istəyir.

MilliYol.Az
Mahmud Abbas Moskvaya səfər edəcək –Putinlə Qüds problemi müzakirə olunacaq - Milliyol.az