Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb, ölənlər var


Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb

Hadisə Mopti şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində 4 sülhməramlı ölüb, daha 4-ü ağır yaralanaraq hospitala çatdırılıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.(apa)
Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb, ölənlər var - Milliyol.az