“Mançester Siti“ braziliyalı futbolçu ilə yeni müqavilə bağlayıb


İngiltərənin “Mançester Siti” klubu Braziliya millisinin futbolçusu Qabriel Jezusla müqavilənin müddətini uzadıb

“Report” xəbər verir ki, 21 yaşlı hücumçu ilə 2023-cü ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Jezusun əvvəlki müqaviləsi 2021-ci ilin iyun ayınadək idi. Forvard 2016-cı ilin avqustunda Braziliyanın “Palmeyras” klubundan 32 milyon avroya transfer olunub. 
“Mançester Siti“ braziliyalı futbolçu ilə yeni müqavilə bağlayıb - Milliyol.az