Mançininin təyinatı sabah açıqlanacaq


Roberto Mançini İtaliya millisi ilə müqavilə bağlamağa yaxındır

Qol.az-ınn “Sky Sport İtalia”ya istinadən yaydığı xəbərə görə, tərəflər bütün məsələlərdə razılıq əldə edib və sabah müqavilə imzalanacaq.

Müqavilənin müddəti 2 illik nəzərdə tutulub. Mançininin ilinə 2 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”in baş məşqçisi olub.
Mançininin təyinatı sabah açıqlanacaq - Milliyol.az