Marsa göndəriləcək ilk avtomobilin görüntüsü yayıldı


“SpaceX” və “Tesla” şirkətinin təsisçisi İlon Mask öz Instagram Marsa göndəriləcək ilk avtomobilin görüntüsünü dərc edib

Oxu.Az-ın xəbərinə görə, qırmızı “Tesla Roadster” yanvar ayında buraxılması planlaşdırılan “Falcon Heavy” raketində “faydalı yük” rolunu oynayacaq.

İlon Mask bildirib ki, raket buraxılışı Devid Bouinin “Space Oddity” mahnısı altında həyata keçiriləcək.
Marsa göndəriləcək ilk avtomobilin görüntüsü yayıldı - Milliyol.az