Maştağada 33 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb


Bakıda 33 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Maştağa qəsəbəsində 1984-cü il təvəllüdlü Əliyev Qadir Xalid oğlu bıçaqla ürək nahiyəsinə xəsarət yetirib. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

pia.az
Maştağada 33 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb - Milliyol.az