Mayıl Əhmədov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edildi

Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

MilliYol.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla M.Əhmədova orden Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

 

Mayıl Əhmədov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edildi - Milliyol.az