Məhbusların qaçması faktı ilə bağlı iki maddə üzrə cinayət işi başlanıb


Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb

APA-nın əldə etdiyi xəbərə görə, həmin məhkumla Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan ikisi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

****

Bakıda qaçan məhbusların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

****

Bakıda məhbusların qaçması faktı ilə bağlı hansı maddə ilə cinayət işinin başlanıldığı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı - Astara - Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

MilliYol.Az
Məhbusların qaçması faktı ilə bağlı iki maddə üzrə cinayət işi başlanıb - Milliyol.az