Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş Naziri Dmitri Medvedev ilə görüşəcək.

MilliYol.Az “İnterfax”a istinadən xəbər verir ki, görüş noyabrın 21-də Moskva şəhərində keçiriləcək.

Görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək - Milliyol.az