Mehriban Əliyeva: "Üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Bayraq Günü ilə bağlı paylaşım edib.

MilliYol.Az xəbərinə görə, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"

Mehriban Əliyeva: "Üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!" - Milliyol.az