Məleykə Əlizadə işdən çıxarıldı (FOTOLAR)


Şəmkir Rayon İcra hakimiyyətinin (RİH) başcısının müavini vəzifəsindən azad olunub.

RİH-dən "Report"un Qərb bürosuna verilən məlumatına görə, icra başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

Həmin vəzifəyə RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu Aynur Ayaz qızı Abdullayeva təyin edilib.

MilliYol.Az
Məleykə Əlizadə işdən çıxarıldı (FOTOLAR) - Milliyol.az