Məmmədyarovla Nalbandyan həmsədrlərlə görüşəcək


Noyabrın ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub

Bu barədə AzərTac-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Nazir deyib ki, bu görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.

MilliYol.Az
Məmmədyarovla Nalbandyan həmsədrlərlə görüşəcək - Milliyol.az