Merilin Monronun avtomobili hərraca çıxarıldı

Keçmiş amerikalı aktrisa Merilin Monronun avtomobili hərraca çıxarılıb

Avtomobilin ilkin qiyməti 500 min dollar olaraq qiymətləndirilir.

1956-cı il buraxılışlı "Ford Thunderbird" M.Monroya Milad bayramında hədiyyə olunub.

O, bu avtomobildə dramaturq Artur Millerlə nikah mərasimində iştirak edib.

Merilin Monro kabriolet tipli avtomobili 6 il idarə etdikdən sonra öz müəlliminin oğluna hədiyyə edib. (trend)

MilliYol.az

Merilin Monronun avtomobili hərraca çıxarıldı - Milliyol.az