Mərkəzi Bank manat ala bilmədi – Hərrac


Bu gün fevralın 20-də Mərkəzi Bankda vəsaitlərin cəlbedilməsi üzrə növbəti depozit hərracı keçirilib

Fins.az xəbər verir ki, hərracda depozit tələbi 47,7 mln. manat olub.

Bu isə Mərkəzi Bankın gözlədiyi rəqəmdən 3 dəfə azdır.
Xatırladaq ki, bu dəfəki hərracda 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib.


MilliYol.AZ
Mərkəzi Bank manat ala bilmədi – Hərrac - Milliyol.az