Mərkəzi Bankın valyuta ehtiyatları artıb


Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il martın 1-nə 5 mlrd. 387,3 mln. dollar təşkil edib

Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 1-nə bu rəqəm 5 mlrd. 381.2 mln. dollar olub.

Bu, bir ayda valyuta ehtiyatlarının 6,1 mln. dollar artması deməkdir.

İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 52,7 mln. dollar artıb.
Mərkəzi Bankın valyuta ehtiyatları artıb - Milliyol.az