Məşhur brend Azərbaycanda terror təşkilatını təbliğ edir


Azərbaycanda fəaliyyət göstərən “Nesquik” şirkətinin nümayəndəliyi qalmaqallı addım atıb

Minval.İnfo xəbər verir ki, “Nesquik Studios Azərbaycan” facebook səhifəsində  paylaşılan qısa videoçarxda terror rəşkilatı olan PKK-nın simvolundan istifadə edilib. Uşaqlar üçün hazırlanan “Superqəhrəmanını yarat” çarxındakı qəhrəman və uşağın geyimində PKK “ulduz”u təsvir olunub.

Şirkətin bilərəkdən və ya bilməyərəkdən istifadə etdiyi simvolla bağlı ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır.


Məşhur brend Azərbaycanda terror təşkilatını təbliğ edir - Milliyol.az