“Messi böyük oyunçudur, amma rəqibi tək uda bilməz”


“Çox üzüldürk. Tərəfdarlarımıza da kədərli anlar yaşatdığımız üçün çox pis olmuşuq”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Argentina millisinin yarımmüdafiəçisi Xavyer Maskerano deyib.

O, Fransaya 3:4 uduzduqları oyunu şərh edib. Cənubi amerikalı Lionel Messiyə gələn tənqidlərdən də danışıb: “Biz güclü rəqibə uduzduq. Bu kollektiv məğlubiyyətdir.Biz bu turniri qeyri-sabit oynadıq. Yaxşı və pis anlar var idi. Bəli, Messi var. Leo böyükdür, amma o, rəqibi təkbaşına uda bilməz”.
“Messi böyük oyunçudur, amma rəqibi tək uda bilməz” - Milliyol.az