Milli Məclisin sabah plenar iclası çağırılıb


İclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib.

Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.

MilliYol.Az