Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu

Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli Türkiyənin Eskişehir Osmangazi Universitetinə qəbul olub.

MilliYol.az "Unikal"a istinadən xəbər verir ki, o sözügedən universitetdə "Biznesin idarə edilməsi" fakültəsinin eyniadlı bölümündə təhsilini davam etdirəcək.
 
Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
 
Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu - Milliyol.az