Millimiz Kosovo ilə qarşılaşacaq


Qurban Qurbanovun başçılıq etdiyi futbol üzrə Azərbaycan milli komandası Antalyada Kosovo yığması ilə yoldaşlıq görüşü keçirəcək

Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub.

Bildirilir ki, Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.
Millimiz Kosovo ilə qarşılaşacaq - Milliyol.az