Misirdə sərnişin qatarı qəzaya uğradı


Misirin cənubunda Edfu və Kom-Ombo rayonunda sərnişin qatarının relsdən çıxması nəticəsində 5 nəfər xəsarət alıb

Qəza səbəbindən Qahirə-Asuan istiqamətində qatarların hərəkəti dayandırılıb. Yaralılar dərhal Аsuandakı xəstəxanaya yerləşdiriblər. Xilasedicilər hadisə yerində işlərini davam etdirir.

Xilasedicilər tərəfindən qəzanın nəticələri aradan qaldırılır.
Misirdə sərnişin qatarı qəzaya uğradı - Milliyol.az