Moskvada azərbaycanlının maşınından milyonlar oğurlandı

Moskvanın Lyublino rayonunda Azərbaycan vətəndaşının 4,6 milyon rubl (65,6 min ABŞ dolları) pulunu oğurlayıblar

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 1-də 41 yaşlı azərbaycanlı iş adamı polisə müraciət edib.

O bildirib ki, “Moskva” kompleksinin yaxınlığında “Toyota Land Cruiser” avtomobilindən 4,3 milyon rubl oğurlanıb. Cinayətkar avtomobilin qapısının açıq olmasından istifadə edib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Moskvada azərbaycanlının maşınından milyonlar oğurlandı - Milliyol.az