MTRŞ qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaları açıqlayıb


Milli Televiziya və Radio Şurası (MTRŞ) qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adlarını açıqlayıb
MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, “Qaraxan” MTK, “Metronet” MTK, Bakıxanov MK MMC və “Aytac” MTK lisenziya olmadan, qeyri-qanuni fəaliyyət göstərir.
 
T. Mirzəzadə qeyd edib ki, qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adları aidiyyəti dövlət orqanlarına təqdim olunub.  

MilliYol.Az
MTRŞ qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaları açıqlayıb - Milliyol.az