Müdafiə Nazirliyindən partlayış işləri ilə əlaqədar əhaliyə xəbərdarlıq

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə MilliYol.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.

Müdafiə Nazirliyindən partlayış işləri ilə əlaqədar əhaliyə xəbərdarlıq - Milliyol.az