Mürsəl İbrahimov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Yalçın Sadıqlı vəzifəsindən azad edilib.
 
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
 
Digər əmrlə, Nicat Həsənov SHXÇDX-nin Xətai rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, N.Həsənov bundan əvvəl Dövlət Xidmətinin Binəqədi və Sabunçu rayon idarələrinin rəisi olub.
 

Mürsəl İbrahimov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat - Milliyol.az