NATO üzvlərinin sayı gələn ay 29-a çatacaq


Monteneqro NATO-ya bu ilin iyun ayında üzv olacaq

Novator.az-ın məlumatına görə, qurumun baş katibi Yens Stoltenberq mayın 24-də belə açıqlama verib.

Monteneqro NATO-da müşahidəçi statusundadır. Ötən il mayın 19-da Monteneqronun alyansa qəbul edilməsi haqda protokol imzalanıb.

Yens Stoltenberq deyib ki, alyansa daxil olan ölkələr protokolun ratifikasiyasını başa çatdırmaq üzrədir, bununla da Monteneqro NATO-nun 29-cu üzvü olmaq imkanı qazanır.

1949-cu ildə yaradılmış NATO-ya hazırda 28 ölkə daxildir: ABŞ, Kanada, Türkiyə, İslandiya, Almaniya, Belçika, Norveç, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan, Albaniya.

MilliYol.Az
NATO üzvlərinin sayı gələn ay 29-a çatacaq - Milliyol.az