Nazarbayev Trampla görüşə gedir


ABŞ prezidenti Donald Tramp Vaşınqtonda Qazaxıstandan olan həmkarı Nursultan Nazarbayevlə görüş keçirəcək

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, görüş yanvarın 16-da olacaq.

Məlumata görə, prezidentlər regional təhlükəsizlik, iqtisadi əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi yolları ətrafında müzakirə aparacaqlar.

D.Tramp ilə N. Nazarbayev həmçinin Qazaxıstanın BMT TŞ-a sədrliyini, xüsusilə Əfqanıstan kimi beynəlxalq məsələlərin həlli istiqamətində liderliyini müzakirə edəcəklər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, o cümlədən nüvə silahının yayılmaması diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Tramp Nazarbayevi ABŞ-a sentyabrın əvvəlində telefonla danışarkən dəvət etmişdi. Danışıq Amerika tərəfinin təşəbbüsü ilə olmuşdu.

MilliYol.Az
Nazarbayev Trampla görüşə gedir - Milliyol.az