Nazirdən yeni təyinat (FOTO)

Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Vüqar Məmmədova həvalə olunub.

APA-nın xəbərinə görə, bununla bağlı nazir Anar Kərimov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, Vasif Eyvazzadə ötən ilin dekabr ayında öz istəyi ilə Aparat rəhbəri vəzifəsindən ayrılıb.