Nefçalada tapılan meyit Bakıda itkin düşən neftçilərdən birinindir


Neftçalada dənizdən tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyən edilib

MilliYol.Az Virtualaz.org-a istinadən saytının Şirvan bürosunun məlumatına əsasən xəbər verir ki, məlum olub ki, bu gün səhər saatlarında Xəzər dənizində tapılan, ötən il dekabr ayının 15-də estakadanın Xəzər dənizinə uçması nəticəsində itkin düşmüş 9 nəfər neftçidən birinin-operator Hacıəliyev Həsənağa Hüseynağa oğlunun meyitidir.

Hazırda meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Birliyinin Salyan rayonlararası zona mərkəzinə gətirilib.


MilliYol.Az
Nefçalada tapılan meyit Bakıda itkin düşən neftçilərdən birinindir - Milliyol.az