“Neft Daşları” yatağında yeni quyu qazılır


Quyudan gündə 10 ton neft hasil olunacağı nəzərdə tutulur

“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2366 nömrəli quyuda qazma işləri davam etdirilir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 780 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan gündə 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

MilliYol.az
“Neft Daşları” yatağında yeni quyu qazılır - Milliyol.az