Neftçalada 17 yaşlı oğlan özünü asdı


Bu gün günorta saatlarında Neftçala rayonunda 17 yaşlı oğlan intihar edib

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Qaravəlli kənd sakini, 2001-ci ildə anadan olmuş Ələkbərov Sadiq Elşən oğlu özünü həyətlərindəki yardımçı tikilidən asaraq intihar edib. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə Neftçala rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az
Neftçalada 17 yaşlı oğlan özünü asdı - Milliyol.az