Neftçalada restoran gözətçisi Kürdə boğuldu


Ötən axşam Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndindən keçən hissəsində suda batma hadisəsi baş verib

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, çayın sahilində yerləşən “Kür-Xəzər” restoranının gözətçisi, Qaramanlı kəndinin 44 yaşlı sakini Baba Fəxrəddin oğlu Novruzov Kür çayında boğulub. Onun cəsədi yaxınlıqda olan şəxslər tərəfindən sudan çıxarılıb. Hazırda hadisə yerinə Neftçala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır. 

MilliYol.Az
Neftçalada restoran gözətçisi Kürdə boğuldu - Milliyol.az