Netanyahu Putinlə görüşəcək

"Yaxın vaxtlarda İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq"

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, liderlər görüş zamanı Rusiyanın S-300 raket komplekslərinin Suriyaya göndərilməsini, Livan və Suriyadakı vəziyyəti, eləcə də hər iki ölkənin orduları arasındakı koordinasiya məsələlərini müzakirə edəcəklər.

Amma Netanyahu görüşün dəqiq vaxtını açıqlamayıb.

MilliYol.az

Netanyahu Putinlə görüşəcək - Milliyol.az