Neymar Avropadakı ən yaxşı braziliyalı seçildi


Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya təqdim edilən “Qızıl Samba” mükafatının sahibi bəlli olub

Axar.az xəbər verir ki, mükafatın sahibi PSJ-nin braziliyalı hücumçusu Neymar olub.

Səsvermədə Neymar “Liverpul”da çıxış edən Felipe Koutinyonu və Madrid “Real”ının cinah müdafiəçisi Marselonu qabaqlayaraq lider olub.

Qeyd edək ki, Neymar 3-cü dəfədir ki, Avropada çıxış edən "ən yaxşı braziliyalı" adına layiq görülüb.
Neymar Avropadakı ən yaxşı braziliyalı seçildi - Milliyol.az