Obama “öldürün“ əmri verdi: Məşhur terrorçu məhv edildi

“Taliban” terror təşkilatının lideri Əxtar Mənsur ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində məhv edilib.

Aviazərbələr mayın 21-də Pakistanın Əfqanıstanla sərhəddə yerləşən cənub-qərbindəki Əhməd-Val şəhərinə endirilib. 

“Taliban” terror təşkilatının komandiri molla Əbdül Rauf qruplaşma lideri molla Əxtar Mənsurun məhv edildiyini təsdiqləyib.

Əməliyyatın baş tutmasına icazəni ABŞ Prezidenti Barak Obama verib. (Azvision.az)

MilliYol.Az