Obama teleaparıcı olacaq


ABŞ-ın sabiq prezidenti Barak Obama yaxın zamanlarda telekanallardan birində şərhçi kimi fəaliyyətə başlayacaq

Oxu.Az-ın xarici mediaya istinadən xəbərinə görə, eks-prezidentin artıq “Netflix”lə danışıqlara başladığı və ilkin razılaşma əldə edildiyi bildirilir.

Obamanın televiziya şərhçiliyində özünün prezidentlliyi dövründə baş verən mühüm hadisələrdən bəhs edəcəyi gözlənilir.

Eyni zamanda, Obamanın ABŞ-ın indiki prezidenti Donald Tramp və onun yeritdiyi siyasətlə bağlı hər hansı fikir bildirməyəcəyi qeyd olunur.
Obama teleaparıcı olacaq - Milliyol.az