Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edildi

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib.

MilliYol.Az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.