Ölkədə TV və radio yayımı dayandırılacaq


Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək

Bu barədə trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

MilliYol.Az
Ölkədə TV və radio yayımı dayandırılacaq - Milliyol.az