On səkkiz ton pomidorda problem yaranıb? - Rəsmi açıqlama


Dövlət Gömrük Komitəsi Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair mediada yayılan məlumatlara münasibət bildirib

DGK-dan verilən məlumata görə, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb,  o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.
 
MilliYol.Az
On səkkiz ton pomidorda problem yaranıb? - Rəsmi açıqlama - Milliyol.az