Ordumuz düşməni darmadağın etdi: ermənilər ağır itkilər verdi - VİDEO


Azərbaycan Müdafiə Nazirliyi bu gün təmas xəttində düşmən mövqeyinə endirilən zərbə barədə məlumat yayıb

Məlumatda deyilir ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib. Düşmən itkilərə məruz qalıb.

Bundan əvvəl MN Ermənistan silahlı qüvvələrinin ötən gecə iriçaplı silahlardan və 120 mm-lik minomyotlardan istifadə etməklə təmas xətti boyu yaşayış məntəqələrimizi atəşə tutduğunu açıqlamışdı. Və xəbərdarlıq etmişdi ki, bu təxribatlar dayandırılmasa uzaqmənzilli artilleriya sistemlərindən düşmənin təmas xəttinin dərinliklərindəki mövqeləri və yaşayış məntəqələri vurulacaq.

 

MilliYol.Az
Ordumuz düşməni darmadağın etdi: ermənilər ağır itkilər verdi - VİDEO - Milliyol.az