Ordumuz düşmənin diversiya qrupunu məhv etdi - VİDEO

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən MilliYol.Az-a verilən məlumata görə, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.



MilliYol.Az
Ordumuz düşmənin diversiya qrupunu məhv etdi - VİDEO - Milliyol.az