Ordumuz şəhid verdi


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub

Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Məlumatda Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyib.

Allah rəhmət eləsin!
Ordumuz şəhid verdi - Milliyol.az