Özünü yandıran kişi xəstəxanada öldü


Gəncədə üzərinə neft tökərək özünü yandıran kişi xəstəxanada ölüb

APA-nın qərb bürosunun verdiyi məlumata görə, iyunun 20-də şəhərdə yaşadığı evin həyətində özünü yandıraraq xəstəxanaya yerləşdirilən 1979-cu il təvəllüdlü Hacıyev Azər Fəxrəddin oğlunun həyatını xilas etmək mümkün olmayıb.
 
Bədəninin 90 faizi yanmış A. Hacıyev xəstəxanada ölüb. A. Hacıyevin psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

MilliYol.Az
Özünü yandıran kişi xəstəxanada öldü - Milliyol.az