Pakistanda körpü uçdu: 5 turist öldü


Pakistanın cənubunda Azad Kəşmir vilayətində Nilum çayı üzərindəki körpü uçub

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər ölüb.

Qeyd olunur ki, 25 nəfər körpüdən keçərkən körpü uçub, 20 nəfər suya düşüb. Onların altısı xilas edilib, qalanlarının tapılması istiqamətində iş aparılır. 
Pakistanda körpü uçdu: 5 turist öldü - Milliyol.az