Palata: Bank sektorunun mənfəəti 52% azalıb


2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat  və ya 52,4% azalıb. 
 
Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.
 
Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.

MilliYol.Az