Parkda 17 yaşlı oğlan bıçaqlandı


Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib

Teleqraf.com xəbər verir ki, rayonun “8-ci kilometr” qəsəbəsində 17 yaşlı Elgün Bağırov bıçaqlanıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Elgün Bağırov qəsəbə ərazisində yerləşən parklardan birində 4 nəfərlə qız üstündə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı hələlik adları istintaqa məlum olmayan şəxslərdən biri Elgün Bayramova 3 bıçaq zərbəsi vurub.

Cinayəti törədənlər hadisə yerindən qaçıb. Hazırda polis cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı cinayət işi başlanıb.

MilliYol.Az
Parkda 17 yaşlı oğlan bıçaqlandı - Milliyol.az