Parlament “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında“ qanun layihəsini qəbul edib


Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib

MilliYol.Az "APA-Economics"-a istinadən xəbər verir ki, millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.
 
Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub. "İqtisadiyyatın yeni reallıqlara adaptasiya baş verib", - deyə nazir qeyd edib.
 
Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.

MilliYol.Az
Parlament “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında“ qanun layihəsini qəbul edib - Milliyol.az